ONLINE FORMATDA - İCTİMAİYYƏT ÜÇÜN AÇIQ VƏ TAMAMİLƏ ÖDƏNİŞSİZ
Uşağınızı rahatlıqla Online uşaq universitetinə qeydiyyatdan keçirin! Bizim universitetimiz iki dillidir: mühazirələr azərbaycan dilindədir.
Uşaq universiteti dil kursu deyil. Onun əsas məqsədi, uşaqları elm dünyası ilə tanış etməkdir. Alman dilində bəzi söz və məhvumları ilə tanış olmaq isə əlavə bonus gətirir.
Ona siz özünüz qərar verirsiniz. Əgər sizin uşağınız bir çalışmaya başlayırsa, çox güman ki o bununla çox maraqlanacaq və axıra çatdırmaq istəyəcək. Lakin, birinci məktəb illərində çox vacibdir ki, valideynlər irəliləməni izləsinlər. Əgər uşaq çalışmaların həllinə həftədə 2-3 saat və günə maksimal 30 dəqiqə ayırarsa, onun uşaq universitetində öyrənməsi effektiv olar. Bundan əlavə əmin olmaq olar ki, uşağın görmə qabilliyyətinə ziyan dəyməz.
Biz bir çox video materialları hazırlayarkən Almaniyada məhşur və artıq bir neçə nəsildi ki almanlar tərəfindən sevilən „Sendung mit der Maus“ (“Siçan ilə veriliş") uşaq proqramından istifadə etmişik. Didaktik materialları və eksperimentləri isə bizim didaktika üzrə ekspertlərimiz tərtib ediblər. Layihənin online formatına çevrilməsinin üzərində, uşaq mediasında „Kids Interactive“ platformasını quran bir alman şirkəti işləyir.