Uşaq universitetinin formatı Almaniyada artıq geniş yayılıb: demək olar ki hər alman ali təhsil müəssisəsində
8-12 yaşlı uşaqlar üçün professorlar tərəfindən dərslər təşkil olunur.
Lakin siz narahat olmamalısınız, biz sizin uşağınızdan formulları əzbər öyrənməsini və imtahanlar vermələrini tələb etməyəcəyik. Əksinə, bizim zarafatçıl professor Eynşteyn, onun ağıllı köməkçisi Sofi Şlau və nəcib robot JOWO, uşaqlara başa düşülən bir şəkildə və oyunlarla mürəkkəb elmi hadisələri izah edirlər.
Forma baxımından uşaq universitetimiz normal universitetə çox oxşardır. Uşaqlar 15 mühazirədən ibarət
üç fakültədə təhsil alacaqlar:
© Goethe-Institut Moskau / Kids Interactive
Bu qeyri-adi və məktəb proqramından uzaq olan çalışmaları həll edərək, gənc "tələbə" universitetin karyera zirvəsinə doğru qalxmaq üçün nişanlar toplayır: uşaq əvvəlcədən bakalavr, magistr və doktoranturanı bitirib, universiteti professor statusu ilə başa çatdırır.
Bu hazırlanmış sistem
Gamification adlanan müasir didaktikanın ən uğurlu metoduna əsaslanır.