Azərbaycanda mədəniyyət və təhsil layihələri
Goethe İnstitutu 16 ildən artıqdır ki, Azərbaycanda alman mədəniyyətinin mübadiləsini və dilin inkişafını dəstəkləyir. Alman Dilinin Tədrisi Mərkəzi (SLZ) və Alman Oxu Zalı ilə sıx əməkdaşlıq edərək, Almaniya və Azərbaycan arasında yeni mədəni əməkdaşlığa təşəbbüs göstərmək məqsədi ilə “Kapelhaus” mədəniyyət birliyinə və Goethe Mərkəzinə dəstək verir.
Goethe İnstitutu Azərbaycanda alman mədəniyyətinin mübadiləsi və alman dilinin inkişafı sahələrində fəaliyyət göstərir. O, Alman Dilinin Tədrisi Mərkəzi (SLZ) və Azərbaycan Xarici Dillər Universitetində fəaliyyət göstərən Alman Dili Oxu Zalı ilə sıx əməkdaşlıq edir. Goethe İnstitutu 1990-cı ildən qlobal mədəniyyət cəmiyyətləri şəbəkəsinin bir hissəsi kimi “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinə dəstək göstərir. Bakı Goethe - Mərkəzi 2017-ci ildə Almaniya və Azərbaycan arasında mədəni əməkdaşlıq üçün yeni imkanların təşəbbüskarı olaraq təsis edilib.